Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 24,6 milyon ABŞ dolları dəyərində 87 min 502 kubmetr yapışqanlı faner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % azdır, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 17,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % azdır) 61 min 351 kubmetr (+7 %), Belarusdan 6,79 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 26 min 150 kubmetr (+4,7 dəfə), Norveçdən 0,5 min ABŞ dolları dəyərində 0,2 kubmetr (bir il əvvəl tədarük olmayıb) və Türkiyədən 0,1 min ABŞ dolları dəyərində (-99,9 %) 0,1 kubmetr (-99,95 %) material alıb.
Hesabat dövründə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində (-20 %) 2 min 161 kubmetr (-3,7 %) faner ixrac edib.
Azərbaycan Türkiyəyə 744,1 min ABŞ dolları dəyərində (+7,3 dəfə) 1 min 362 kubmetr (+8 dəfə), Gürcüstana 163,6 min ABŞ dolları dəyərində (-68 %) 345,4 kubmetr (-51 %), İrana 156,2 min ABŞ dolları dəyərində (-80 %) 324,7 kubmetr (-76 %) və Litvaya 46,6 min ABŞ dolları dəyərində 128,6 kubmetr (bir il əvvəl tədarük olmayıb) faner satıb.