Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,06 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Təkcə avqust ayında isə Türkiyə Azərbaycana 4,542 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da illik müqayisədə 0,03 % çoxdur.

8 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 9,5 % azalaraq 6,288 milyard ABŞ dollarına, avqust ayında isə 6,2 % azalaraq 0,783 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər

Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03
Azercelldən iPhone kampaniyası 06 yanvar, 2026 / 15:57