Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 67,046 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 10,782 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur.

5 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 7,6 % artaraq 4,738 milyard ABŞ dollarına, may ayında isə 9,5 % artaraq 0,947 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34