Bu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 96 milyon 840 min ABŞ dolları dəyərində polad ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % azdır.
Həmçinin cari ilin oktyabr ayında Türkiyədən Azərbaycana 9 milyon 240 min ABŞ dolları dəyərində polad gətirilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 15 % azalma deməkdir.
10 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 32,6 % azalaraq 12,378 milyard ABŞ dollarına, oktyabrda isə 3,1 % azalaraq 1,334 milyard ABŞ dollarına düşüb.