Azərbaycan Türkiyədən polad idxalını azaldıb

Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 47 milyon 624 min ABŞ dolları dəyərində polad ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 1,3 % azdır.

Həmçinin 2023-cü ilin mayında Türkiyədən Azərbaycana 9 milyon 748 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 % azalma deməkdir.

Elvin Camalov

Digər xəbərlər