Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 87,601 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 8,709 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 18,1 % azdır.
9 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 34,9 % azalaraq 11,062 milyard ABŞ dollarına, sentyabrda isə 21,4 % azalaraq 1,379 milyard ABŞ dollarına düşüb.