Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 159,503 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 7,4 % artaraq 18 milyard 439,742 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (1,581 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 2,1 % çox), İngiltərə (1,086 milyard ABŞ dolları; 14,7 % çox), ABŞ (1,081 milyard ABŞ dolları; 7,8 % çox) və İtalya (910 milyon ABŞ dolları; 0,7 % az) həyata keçirib.