Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 1 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 639,543 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

9 ay ərzində Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,3 % artaraq 166 milyard 179,378 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (13,502 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 3,4 % az), ABŞ (9,79 milyard ABŞ dolları; 8,2 % çox), İngiltərə (9,458 milyard ABŞ dolları; 12,4 % çox) və İtalya (8,626 milyard ABŞ dolları; 5 % çox) həyata keçirib.

Təkcə sentyabrda isə Türkiyədən Azərbaycana 204,099 milyon dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 7,9 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,1 %-i qədər olub.

Digər xəbərlər