Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 1 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 1 milyard 237,85 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,2 % azdır.

7 ay ərzində Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,6 % artaraq 128 milyard 117,689 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (10,49 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 4 % az), ABŞ (7,688 milyard ABŞ dolları; 10,1 % çox), İngiltərə (7,13 milyard ABŞ dolları; 10,5 % çox) və İtalya (6,844 milyard ABŞ dolları; 5,6 % çox) həyata keçirib.

Təkcə iyulda isə Türkiyədən Azərbaycana 183,874 milyon dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-i qədər olub.

Digər xəbərlər