Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 370,976 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,3 % çoxdur.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 42,393 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da illik müqayisədə 1,7 % çoxdur.
9 ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri 1 il əvvələ nisbətən 12,9 % azalaraq 22,309 milyard ABŞ dollarına, təkcə sentyabr ayında isə bu məhsulların ixracının dəyəri 3,1 % azalaraq 2,846 milyard ABŞ dollarına düşüb.