Bu ilin yanvar-iyun aylarında Azərbaycan 363 min ABŞ dolları dəyərində 103 ton karandaş idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Çindən 256 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 80 ton (-32 %), Almaniyadan 48 min ABŞ dolları dəyərində (+55 %) 1,58 ton (+78 %), İndoneziyadan 17,84 min ABŞ dolları dəyərində (-15 %) 1,51 ton (+15 %), Amerika Birləşmiş Ştatları 14,5 min ABŞ dolları dəyərində (+57 %) 17,53 ton (+5,2 %), Türkiyədən 11,64 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 1,5 ton (+5,2 dəfə) məhsul gətirilib.
2023-cü ildə Azərbaycana idxal edilmiş 1,13 milyon ABŞ dollarlıq karandaşın 83,2 %-i Çinin payına düşüb.