Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 20,863 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 4,733 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,7 % azdır.
4 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,8 % azalaraq 5 766,3 milyon ABŞ dollarına, apreldə isə 17,8 % azalaraq 1 230,7 milyon ABŞ dollarına düşüb.