Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 49,857 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verrir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Təkcə avqust ayında isə Türkiyə Azərbaycana 5,888 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.
8 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 7,1 % azalaraq 13,22 milyard ABŞ dollarına, avqust ayında isə 8,9 % azalaraq 1,674 milyard ABŞ dollarına düşüb.