Bu il yanvar ayında Azərbaycan Türkiyədən 3,61 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,3 % azdır.
Yanvarda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 0,3 % azalaraq 1,413 milyard ABŞ dollarına düşüb.
Ay ərzində Türkiyədən ən çox geyim idxalını Almaniya (260,528 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 6,3 % çox), Niderland (152,989 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 7,5 % az), İspaniya (125,223 milyon ABŞ dolları; 9,7 % az) və Böyük Britaniya (113,050 milyon ABŞ dolları; 0,5 % az) həyata keçirib.