Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 89,5 min ABŞ dolları dəyərində fındıq və məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 3 % azdır.
İyulda isə Türkiyədən ölkəmizə 36,1 min ABŞ dolları dəyərində fındıq və məhsulları gətirilib ki, bu da 1 il əvvələ nisbətən 64,6 % çoxdur.