Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 11 milyon 666 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları gətirilib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 1 % azdır.
Həmçinin cari ilin iyul ayında Azərbaycan Türkiyədən 626 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 34,4 % azalma deməkdir.