Azərbaycan Türkiyədən dəniz və heyvandarlıq məhsullarının idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 19,693 milyon ABŞ dolları dəyərində dəniz və heyvandarlıq məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.

Təkcə avqust ayında isə Türkiyə Azərbaycana 1,526 milyon ABŞ dollarlı dəyərində dəniz və heyvandarlıq məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 2,8 % azdır.

8 ayda Türkiyənin dəniz və heyvandarlıq məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 15 % azalaraq 2,289 milyard ABŞ dollarına, avqust ayında isə 8,8 % azalaraq 0,295 milyard ABŞ dollarına enib.

Digər xəbərlər