Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 8 milyon 509 min ABŞ dolları dəyərində dekorativ bitkilər və məhsulları ixrac olunub.
“Report” xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur.
Həmçinin cari ilin iyulunda Türkiyədən Azərbaycana 282 min ABŞ dolları dəyərində dekorativ bitkilər və məhsulları gətirilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən 2 dəfə (106,6 %) artım deməkdir.