Azərbaycan sahibkarları Ukraynada limanların inkişafında maraqlıdırlar

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan müəssisələri Ukraynanın Nikolayevsk vilayətinin liman infrastrukturu və kənd təsərrüfatının inkişaf etdirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə görüşünün yekununda məlumat verib.

"Ölkələrimiz arasında mal dövriyyəsi ilbəli artır. Təəssüf ki, Nikolayevsk vilayəti bu prosesdən kənardadır. Əminəm ki, bundan sonra hər şey başqa cür olacaq. Azərbaycan müəssisələri və iş adamları Nikolayevsk vilayətinin liman infrastrukturu və kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirməkdə maraqlıdırlar", - deyə Savçenko bildirib.

Digər xəbərlər