Azərbaycan bu ilin ilk doqquz ayı ərzində 57,233 milyon ABŞ dolları dəyərində 9 min 887,93 ton qabığı təmizlənmiş və qabıqlı meşə fındığı ixrac edib.
“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 17,32 % və 13,29 % azdır.
Hesabat dövründə xaricə 55,923 milyon ABŞ dolları dəyərində 9 min 367,04 ton qabığı təmizlənmiş meşə fındığı satılıb ki, bu da, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 12,57 % azdır.
Fındığ ləpəsinin 31,728 milyon ABŞ dolları dəyərində 5 min 284,73 tonu Rusiyadan, 9,527 milyon ABŞ dolları dəyərində 1 min 382,02 tonu Almaniyadan, 8,339 milyon ABŞ dolları dəyərində 1 min 286,2 tonu İtaliyadan, 1,473 milyon ABŞ dolları dəyərində 657,05 tonu Qazaxıstandan, 1,123 milyon ABŞ dolları dəyərində 162 tonu Çexiyanın, 1,036 milyon ABŞ dolları dəyərində 160 tonu İsveçrənin, 660 min ABŞ dolları dəyərində 100 tonu Lüksemburqun, 630 min ABŞ dolları dəyərində 100 tonu Fransanın, 544 min ABŞ dolları dəyərində 86 tonu Polşanın, 246 min ABŞ dolları dəyərində 42 tonu Ukraynanın, 271 min ABŞ dolları dəyərində 40 tonu Litvanın, 257 min ABŞ dolları dəyərində 39 tonu Gürcüstanın, 61 min ABŞ dolları dəyərində 22 tonu Belarusun payına düşüb.
Rusiyaya tədarükün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,89 %, İtaliyaya – 39,39 %, Çexiyaya – 80,24 %, Polşaya – 45,57 %, Ukraynaya – 65 %, Litvaya – 69,23 %, Belarusa – 85,33 % azalıb, Almaniyaya – 25,59 %, Qazaxıstana – 3,1 dəfə, İsveçrəyə - 25 %, Fransaya – 2,5 dəfə, Gürcüstana – 11,43 % artıb. Bu il meşə fındığı bütövlükdə 16 ölkəyə ixrac olub. Qalan 3 ölkəyə toplam dəyəri 29,14 min ABŞ doları olan 6,04 ton məhsul tədarük olunub.
Eyni dövr ərzində 1,310 milyon ABŞ dolları dəyərində 520,89 ton qabıqlı meşə fındığı ixrac olunub. Ötən ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə tədarük müvafiq olaraq 28,75 % və 24,6 % aşağı düşüb. Bu məhsul 3 ölkəyə satılıb. Rusiyaya 886 min ABŞ dolları dəyərində 319,39 ton, Özbəkistana 383,2 min ABŞ dolları dəyərində 164,5 ton, Qazaxıstana 40,7 min ABŞ dolları dəyərində 37 ton məhsul ixrac olunub. İlk iki ölkəyə tədarükün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47,54 % azalıb və 2 dəfə artıb. Ötən il Qazaxıstana ixrac olmayıb. Qabıqlı meşə fındığı sonuncu dəfə bu ölkəyə 2017-ci ildə tədarük olunub.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən 271,03 min ABŞ dolları dəyərində 40,13 ton qabığı təmizlənmiş meşə fındığı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,95 %, kəmiyyət olaraq – 20,2 %, 2019-cü illə müqayisədə isə müvafiq olaraq 23,3 dəfə və 27 dəfə azdır. Fındığ ləpəsi 3 ölkədən idxal olunub. Bir illik fasilədən sonra Almaniyadan 142,63 min ABŞ dolları dəyərində 20 ton, İtaliyadan 2,4 min ABŞ dolları dəyərində 0,13 ton məhsul tədarük edilib. İki il aradan sonra isə İsveçrədən idxal bərpa olunub. 2019-cü illə müqayisədə İtaliyadan tədarük 99,99 % azalıb.
2016-ci ildən bu yana ilk dəfə Azərbaycan xaricdən qabıqlı meşə fındığı alıb. Cari ilin ilk doqquz ayında 156,17 min ABŞ dolları dəyərində 69,04 ton məhsul idxal edilib. Tədarük yalnız bir ölkədən - Gürcüstandan olub.