Azərbaycan Pakistanda ticarət evi aça bilər

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistanda ticarət evi açacağını istisna etmirəm". 

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, Pakistan Azərbaycan üçün önəmli bazardır. 

"Pakistanda Azərbaycanın ticarət evinin açılması istiqamətində İqtisadiyyat Nazirliyinə təklif daxil olsa, biz bu istiqamətdə lazımi addımlar atacağıq", - deyə nazir müavini qeyd edib. 

Digər xəbərlər