Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 13 milyon ABŞ dolları dəyərində 133 ton tərəvəz toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 3,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 2,8 ton (-18 %), Tailanddan 1,5 milyon ABŞ dolları dəyərində (+48 %) 0,2 ton (+3 dəfə), Türkiyədən 1,2 milyon ABŞ dolları dəyərində (-5 %) 19,7 ton (-8 %), Braziliyadan 971 min ABŞ dolları dəyərində (-20 %) 0,25 ton (-24 %), Niderlanddan 961 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,1 ton (-29 %) məhsul alıb.
Azərbaycan 2 il 8 aylıq aradan sonra İrandan (15 min ABŞ dolları dəyərində 33 ton) tərəvəz toxumu tədarükünü bərpa edib.