Azərbaycan içki ixracını 33% artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1,025 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 256 min dollar və yaxud 33,3% çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.

Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkiləri dəyəri isə 2,54 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 751 min dollar və yaxud 22,8 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,3%-ni təşkil edib.

Digər xəbərlər

Avant Group ləğv olunur 09 yanvar, 2026 / 14:52
Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03