Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 1 % azaldıb

2023-cü ildə Azərbaycan Gürcüstandan 151,97 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2022-ci illə müqayisədə 1,3 % azdır.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycana ixrac qonşu ölkənin illik yerli məhsul ixracının 5,4 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 791,496 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 24,4 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (541,728 milyon ABŞ dolları; 2,8 % çox), Türkiyə (343,787 milyon ABŞ dolları; 12,7 % az), Çin (270,022 milyon ABŞ dolları; 61,1 % az), Bolqarıstan (248,182 milyon ABŞ dolları; 40,9 % az) və Ermənistan (156,338 milyon ABŞ dolları; 14,2 % az) olub.

Digər xəbərlər