Ötən il Gürcüstandan Azərbaycana 246 min 635 şüşə şərab ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 35 % çoxdur.
Hesabat ilində Gürcüstandan 62 ölkəyə 107 milyon şüşə şərab ixrac edilib. Əldə olunan gəlir 250 milyon ABŞ dolları (il ərzində 16 % artıb) təşkil edib.
2021-ci ildə ən çox gürcü şərabı tədarük edən ölkələrin ilk beşliyinə Rusiya, Ukrayna, Polşa, Çin və Belarus daxil olub.