Azərbaycan əsas tədarük bazarından buğda ununun alışını 9 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycan 6 milyon 321 min ABŞ dolları dəyərində 17 min 885 ton buğda unu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq – 9 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 6 milyon 287 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 8,2 dəfə) 17 min 863 ton (+9,2 dəfə), Türkiyədən 26 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 13 ton (+6,3 %), İtaliyadan 4 min ABŞ dolları dəyərində (-58 %) 3 ton (-15,8 %), Almaniyadan 1 min ABŞ dolları dəyərində (-56,4 %) 1 ton (-60,3 %), Hindistandan 1 min ABŞ dolları dəyərində (+30 %) 1 ton (+35 %) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi 3 min 524 ton buğda ununun 98,7 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51