2022-ci ilin ilk 11 ayında Azərbaycan 187,27 min ABŞ dolları dəyərində 519 ədəd maye sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 91 % çoxdur, kəmiyyət olaraq – 29 % azdır.
Türkiyədən 70,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 266 ədəd (+39 %), Koreyadan 46,6 min ABŞ dolları dəyərində 13 ədəd, Rusiyadan 41,98 min ABŞ dolları dəyərində (+75 %) 6 ədəd (-25 %), Amerika Birləşmiş Ştatlarından 11,67 min ABŞ dolları dəyərində (+12 dəfə) 6 ədəd (+6 dəfə), Çindən 5,97 min ABŞ dolları dəyərində (+4 dəfə) 88 ədəd (+42 %) cihaz gətirilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Koreyadan tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 525,32 min ABŞ dolları dəyərində (+21 %) 40 min 978 ədəd (+19,2 %) maye sayğacı ixrac edib.
Qazaxıstana 255,79 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 20 min 432 ədəd (+2 dəfə), Gürcüstana 237,11 min ABŞ dolları dəyərində (+4,4 %) 17 min 545 ədəd (-28 %), Özbəkistana 32,4 min ABŞ dolları dəyərində 3 min ədəd (ilk dəfə tədarük olub) və Rusiyaya 0,02 min ABŞ dolları dəyərində (-99,9 %) 1 ədəd (-83,3 %) sayğac satılıb.