2023-cü ildə Azərbaycan 1 milyon 175 min 341 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 303 milyon 983 min ABŞ dollar olub.
Bunlar, 2022-ci ilə müqayisədə həcm baxımından 117 min 655 ton ( 9%), dəyər baxımından isə 132 milyon 568 min ABŞ dollar (30,3% ) azdır.
Ötən il buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,8 %-ni təşkil edib.
Xatırladaq ki, ötən il ölkədə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1 milyon 833,8 min tonunu və yaxud 56,4 %-ini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub.