Ötən il ərzində Azərbaycana 313,2 min ABŞ dolları dəyərində 7,5 min karat çeşidlənməmiş almaz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 205,55 min ABŞ dolları dəyərində 4,46 min karat və Türkiyədən 107,64 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çoxdur) 3,04 min karat (+40 %) almaz alıb.
Üç il 5 aylıq fasilənin ardından BƏƏ-dən tədarük bərpa edilib.