Azərbaycan Almaniyaya çay ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,2 milyon ABŞ dolları dəyərində 3 min 497 ton qara çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 21 % azdır.

Azərbaycana Şri-Lankadan 11,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 2 min 203 ton (-37 %), Rusiyadan 3,5 milyon ABŞ dolları dəyərində (+64 %) 626 ton (+74 %), Hindistandan 1,5 milyon ABŞ dolları dəyərində (+41 %) 469 ton (+53 %), Keniyadan 397 min ABŞ dolları dəyərində (-36 %) 128 ton (+6,7 %), İrandan 185 min ABŞ dolları dəyərində (+12 %) 30,76 ton (+7 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində (-5 %) 194,2 ton (-8 %) qara çay ixrac edib.

Azərbaycan Gürcüstana 811 min ABŞ dolları dəyərində (-7 %) 84 ton (-12 %), Ukraynaya 554 min ABŞ dolları dəyərində (-1,3 %) 61 ton (-6 %), Səudiyyə Ərəbistanına 157 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 15,2 ton (+2,6 dəfə), Almaniyaya 61 min ABŞ dolları dəyərində (+5 dəfə) 5,6 ton (+4 dəfə), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 57 min ABŞ dolları dəyərində (+46 %) 3,39 ton (+44 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 25 ölkəyə ixrac edilmiş 663 ton qara çayın 52,2 %-i Gürcüstanın payına düşüb.

Digər xəbərlər