Azərbaycan Almaniyadan kassa aparatlarının alışını 5 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,81 milyon ABŞ dolları dəyərində 14 min 640 ədəd kassa aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 14 min 470 ədəd (-13,6 %), Amerika Birləşmiş Ştatlarından 205 min ABŞ dolları dəyərində 20 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 20,64 min ABŞ dolları dəyərində (+65 dəfə) 21 ədəd (+5 dəfə), Malayziyadan 20,31 min ABŞ dolları dəyərində (-36 %) 20 ədəd (-17 %), Macarıstandan 17 min ABŞ dolları dəyərində (-70 %) 11 ədəd (-83 %) kassa aparatı alıb.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 22 min 847 kassa aparatının 97,3 %-i Çinin payına düşüb.

Digər xəbərlər