Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 12,18 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 8 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsul ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
4 ay ərzində Gürcüstan xarici ölkələrə 129 milyon ABŞ dolları dəyərində analoji məhsul satıb ki, bu da illik müqayisədə 10 % azdır.
Hesabat dövründə Gürcüstandan Özbəkistana 19,2 milyon ABŞ dolları, Rumıniyaya 14,4 milyon ABŞ dolları, Ermənistana 13,93 milyon ABŞ dolları, Peruya isə 8 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 432 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib ki, bunun da 41 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.