Azərbaycan 2 ölkəyə mineral su ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 546 min ABŞ dolları dəyərində 125 min dekalitr mineral su ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 356 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çoxdur) 59 min dekalitr (+5 %), Türkiyəyə 54 min ABŞ dolları dəyərində (+2 %) 30 min dekalitr (+2 dəfə), İraqa 37,9 min ABŞ dolları dəyərində 7,9 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 18,5 min ABŞ dolları dəyərində (+19 %) 7,7 min dekalitr (+18 %), Litvaya 16,3 min ABŞ dolları dəyərində (+45 %) 5,7 min dekalitr (+55,3 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyaya (13,7 min ABŞ dolları dəyərində 1,3 min dekalitr) və İrlandiyaya (0,02 min ABŞ dolları dəyərində 0,01 min dekalitr) tədarük həyata keçirilib.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51