“ABAD” rəsmisi: “SKMF-lə əməkdaşlıq “ABADçılara xammal və kiçik həcmli avadanlığa tələbatını ödəməyə imkan verəcək”

Bakı. 6 mart. REPORT.AZ/ “ABAD” publik hüquqi şəxsinin İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlığa başlaması ABADçılara xammal və kiçik həcmli avadanlığa tələbatını ödəməyə imkan verəcək”.

"Report" xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində keçirilən ABADçıların istehsal etdikləri məhsulların sərgisində "ABAD"ın direktoru Rüfət Elçiyev deyib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığı stimullaşdırmaq məqsədi ilə kreditlər bütün ABADçılara şamil ediləcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34