Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.
Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Prokuror mənimsəmədə təqsirləndirilən QHT sədrinə cəza istəyib
Digər xəbərlər
Məcnun Məmmədov Çində səfərdədir
10 oktyabr, 2026 / 18:40
Aqrar startapların xidmətləri subsidiya hesabına maliyyələşdirilə bilər
09 oktyabr, 2026 / 15:54
ASK logistika şirkətlərinə dəstək mexanizmlərinin yaradılmasını təklif edir
09 oktyabr, 2026 / 15:37
Anar Cəfərov: Aqrar subsidiyaların ağıllı texnologiyalara tətbiqi gözlənilir
09 oktyabr, 2026 / 15:24
Türk iş adamı: Aqrar sektorda ucuzluq üçün vasitəçilər olmamalıdır
09 oktyabr, 2026 / 15:09
Ziya Hacılı: Fermerlər daha rahat şəraitdə fəaliyyət göstərirlər
09 oktyabr, 2026 / 14:47
Elxan Mikayılov: Fermerlərin maliyyə dayanıqlığı və savadlılığı kifayət qədər deyil
09 oktyabr, 2026 / 11:54
Səfir: Minsk və Bakı ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
08 oktyabr, 2026 / 13:43
Son 5 ildə Belarusla Azərbaycan arasında aqrar məhsulların qarşılıqlı ticarəti 2 dəfə artıb
08 oktyabr, 2026 / 13:29
Nazir: Suvarma suyunun gecikdirilməsi aqrar sığorta ödənişi ilə kompensasiya olunur
07 oktyabr, 2026 / 13:20
Nazir: Heç kim artezian quyusuna sahib çıxmaq istəmir
07 oktyabr, 2026 / 13:09
Mürvət Həsənli: Ticarət haqqında qanunun qəbulunu tezləşdirmək lazımdır
07 oktyabr, 2026 / 13:01
ADSEA: Aqrar sahədə itkinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur
07 oktyabr, 2026 / 12:41
Deputat: Azərbaycanın ərzaq ixracını 2 dəfə artırmaq üçün resursları var
07 oktyabr, 2026 / 12:26
Sadiq Qurbanov: Fermerlərin gələcək risklərə hazırlığı təmin edilməlidir
07 oktyabr, 2026 / 11:53
AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək
07 oktyabr, 2026 / 11:45
Deputat: Kənd təsərrüfatı kooperasiyasının vaxtı hələ çatmayıb
07 oktyabr, 2026 / 11:35
Məcnun Məmmədov: Aqrar sahədə yeni qanun istehsalçıları əsassız müdaxilələrdən qoruyacaq
07 oktyabr, 2026 / 11:23
Tahir Rzayev: Aqrar məhsulların bahalaşması hamını ciddi düşündürür
07 oktyabr, 2026 / 11:19
Azərbaycanda bir sıra qanunlar Aqrar sahə haqqında qanun layihəsinə uyğunlaşdırılır
07 oktyabr, 2026 / 10:00