Qax. 4 may. REPORT.AZ/ "Baramaçılıq sahəsi üzrə fermer və kümçülərə treninqlərin və maarifləndirici kursların keçirilməsi təmin ediləcək".
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Qaxda jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, Qax Damazlıq İpəkçilik Stansiyası 2 aydan sonra istifadəyə veriləcək: "Stansiyanın istifadəyə verilməsi ilə Azərbaycan özünü hibrid ipəkqurdu ilə tam təmin edəcək. Bir ildən sonra Azərbaycana xaricdən hibrid ipəkqurdu toxumları gətirilməyəcək".