Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşlarla görüşəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 22-də saat 11:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə iştirak etmək istəyənlər İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Digər xəbərlər