Kənd təsərrüfatı naziri Ağcəbədidə vətəndaşlarla görüşəcək

Bakı. 4 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov mart ayının 11-də Ağcəbədi rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012) 493-51-64/ (050) 352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər