Bu ilin yanvar-iyul aylarında Azərbaycan 79,4 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 7 ayı müqayisədə 60,1 milyon ABŞ dolları və ya 43,4 % azdır.
Bu ilin iyul ayında Azərbaycan 10,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 6,9 milyon ABŞ dolları və ya 3,1 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.