İtaliyanın aqrar texnologiyaların istehsalı üzrə şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

İtaliyanın kənd təsərrüfatı texnologiyaların istehsalı sahəsində fəaliyyət göstərən “Falce” şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir.

Bunu “Report”a şirkətin icraedici direktoru Paolo Zama deyib.

"Bizim məhsullarla ölkə bazarını əhatə edə biləcək distributor axtarırıq, çünki bu bazara girmək bizim üçün vacibdir: Şirkətimiz istehsalın 85 %-ni dünyanın 60-dan çox ölkəsinə ixrac edir və Azərbaycana ilk dəfədir ki, səfər edirik”, - P. Zama bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda distributorlarla müzakirələr aparılıb: “Bizim əsas məqsədimiz yalnız məhsullarımızı satmaq deyil, həmçinin burda bir bazar yaratmaqdır. Məqsədimiz bizim texnikalarımızı alacaq fermerə satışdan sonra xidmətin göstərilməsidir”.

Bu gün Bakıda iki ölkə arasında ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə “Azərbaycan və İtaliya – daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sektorunda fəaliyyət göstərən 12 İtaliya şirkəti və Azərbaycanın 100-dək iş adamı iştirak ediblər.

Digər xəbərlər