Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 9,3 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 14 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana tərəvəz məhsulları tədarük edən 84 ölkə sırasında 7-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 356,7 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 0,5 % çoxdur.
O cümlədən, Gürcüstan Rusiyadan 127,8 milyon ABŞ dolları dəyərində, Türkiyədən 51,1 milyon ABŞ dolları dəyərində, Ekvadordan 28,9 milyon ABŞ dolları dəyərində, Niderlanddan 13,4 milyon ABŞ dolları dəyərində, İtaliyadan 11,8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 454 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bunun da 9,8 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tərəvəz məhsullarının tədarükünə çəkdiyi xərci 11,4 % artıb.