Azərbaycan bu il Rusiyanın Stavropol diyarından 410,9 min ton taxıl idxal edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu da, bölgənin ümumi ixracının 58,8 %-ni təşkil edib.
Bu il Stavropoldan ümumilikdə 698,4 min ton taxıl ixrac edilib ki, bu da, illik müqayisədə 32,4 % çoxdur. Regionun əsas taxıl alıcıları Azərbaycan (410,9 min ton), Belarus (167,4 min ton) və Ermənistan (59,1 min ton) olub.