Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 2 min 060 ton süd idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə südün dəyəri 2 milyon 889 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin iki aylıq dövrü ilə müqayisədə müvafiq olaraq 845,6 ton (69,6 %) yaxud da 1 milyon 041,4 min ABŞ dolları (56,4 % ) ton çoxdur.
Hesabat dövründə süd idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 15 %-ini təşkil edib.