Bu ilin yanvar-fevral aylarında Azərbaycan 18 min 616 ton qarğıdalı idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 5 milyon 435 min ABŞ dolları təşkil edib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət olaraq 7 min 853 ton (73 % ), dəyər ifadəsində isə 2 milyon 262 min ABŞ dolları (71,3 %) çoxdur.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,28 %-ini təşkil edib.