Azərbaycanın pomidor ixracından qazancı 22 % azalıb

Bu ilin fevral ayında Azərbaycan 8,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ABŞ dolları və ya 21,3 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 19,1 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 5,4 milyon ABŞ dolları və ya 22,04 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.

Digər xəbərlər