Bu ilin yanvar ayında Azərbaycana 2,23 milyon ABŞ dolları dəyərində 926 ton süd və qaymaq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq - 26 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 427 ton (+35 %), Belarusdan 521 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 240 ton (+99,1 %), Rusiyadan 185 min ABŞ dolları dəyərində (-4 %) 105 ton (-47 %), Ukraynadan 177 min ABŞ dolları dəyərində (+4,8 dəfə) 67 ton (+2,7 dəfə), Türkiyədən 112 min ABŞ dolları dəyərində (+44 %) 52,21 ton (-19 %) məhsul gətirib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanın xaricdən (23 ölkədən) aldığı 10 min ton süd və qaymağın 34,2 %-i İranın, 23,2 %-i Belarusun, 16,1 %-i Rusiyanın, 14,6 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.