Ötən il Azərbaycandan Rusiyaya 137,27 min ton istixana pomidoru ixrac edilib.
“Report” bu barədə Rusiya mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycan Rusiyanın pomidor idxalında 37 %-lik payla ilk sırada qərarlaşıb. Onu, 14 % payla Türkmənistan və Türkiyə izləyib.
2022-ci ildə Rusiya ümumilikdə 412,7 min ton istixana tərəvəzləri idxal edib ki, bu da illik müqayisədə 12,9 % azdır. Bu dövrdə Rusiya 371 min ton istixana pomidoru və 41,5 min ton xiyar idxal edib. Bu məhsullar üzrə idxal illik müqayisədə müvafiq olaraq 13,1 % və 11,5 % azalıb.