Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azalıb

2022-ci ildə Azərbaycanda 8 min 034,9 ton qaymaq və xama istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12 % azdır.

İl ərzində ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 12,5 % azalaraq 51 min 862,2 tona enib.

Hesabat dövrünə respublikada qaymaq və xama ehtiyatı olmasa da, 57,8 ton pendir və kəsmik ehtiyatı yaranıb.

Digər xəbərlər