Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 163,4 ton duru bitki yağları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 44,6 % azdır.
Hesabat dövründə ölkədə 5 min 488,2 ton hazır məhsul ehtiyatı yaranıb.
Yanvar-fevral aylarında Azərbaycanda 8 min 327,2 ton marqarin istehsal edilib ki, bu da, illik müqayisədə 21,9 % azdır. 2 ayda ölkədə bu məhsul üzrə 7 min 419,2 ton hazır məhsul ehtiyatı formalaşıb.