Azərbaycanda donuzların sayı 4 % artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda 2 milyon 654 min 474 ədəd iribuynuzlu mal-qara olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin iyulun ayının 1-i ilə müqayisədə 0,3 % azdır.

İyunun sonuna inək və camışların sayı isə 1 milyon 295 min 155 baş olub ki, bu da 1 il əvvələ nisbətən 0,6 % çoxdur.

İl ərzində Azərbaycanda qoyun və keçilərin sayı 2,8% azalaraq 8 milyon 32 min 538 baş, donuzların sayı isə 3,7% artaraq 6 min 389 baş təşkil edib.

Digər xəbərlər